Bütün xəbərlər
Avropanın militarizasiyası fonunda Rusiya hərbi sənaye kompleksi 3-5 il ərzində liderlik etməlidir
Tarix: 05-05-2025 11:14 | Bölmə: Karusel

Rusiya müdafiə sənayesi növbəti 3-5 il ərzində liderliyini davam etdirməlidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Avropada hərbi xərclərin sürətlə artması və Aİ-nin Moskva ilə toqquşmaya hazırlaşması ilə bağlıdır, hərbi analitik İqor Korotçenko bildirib.
Ekspertin fikrincə, Qərb analitikləri 2030-cu ilə qədər Rusiya ilə Aİ arasında toqquşma gözləyirlər.
“Həm dövlət silahlanma proqramının, həm də dövlət müdafiə sifarişinin korreksiyası çərçivəsində yaxın 3-5 il ərzində müasir silahların istehsalı üzrə Rusiya müdafiə sənayesinin aparıcı mövqeyini qoruyub saxlamağa hazır olmaq vacibdir, xüsusən də nəzərə alsaq ki, Avropa İttifaqı ölkələrinin iqtisadiyyatı hərbi bazaya keçir”, - Korotçenko RİA Novosti-yə bildirib.
Analitikin qeyd etdiyi kimi, bunun üçün orta mənzilli ballistik raketlərin, hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin istehsalının artırılması tələb olunacaq.
Eyni zamanda, Rusiya dəfələrlə qeyd edib ki, Moskvanın Avropaya hücum etmək məqsədi yoxdur. Belə ki, bu yaxınlarda “Rossiya 24” telekanalının efirində Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov qeyd edib ki, Qərbin aqressiv siyasətinə baxmayaraq, Rusiya ilə Avropa arasında toqquşma əlaməti yoxdur.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər