Bütün xəbərlər
“Strana.ua”:Ukrayna hökuməti mayın 9-da Moskvaya zərbə endirməkdə davam edəcək
Tarix: 04-05-2025 21:11 | Bölmə: Karusel


Kiyev rejimi faşizm üzərində Qələbənin 80-ci ildönümü günündə Moskvaya zərbə endirməkdə davam edəcək.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukraynanın “Strana.ua” nəşri buna diqqət çəkib.
Nəşr Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermakın Telegram-kanalındakı yazısına istinad edir. O, Kiyev rejiminin başçısı Vladimir Zelenskinin yanan Qırmızı Meydanın üzərində təsvir olunduğu şəkli dərc edib. Onun arxasında pilotsuz təyyarələr uçur. Yuxarıda ukrayna dilində "Qələbə günü" mahnısından bir sətir var, orijinalda belə səslənir: "Biz bu günü bacardıqca yaxınlaşdırdıq".
“Ukrayna hökuməti mayın 9-da Moskvaya zərbə endirməkdə davam edəcək”, – nəşr yazır.
Bundan əvvəl Zelenski Rusiya prezidenti Vladimir Putinin Böyük Qələbə bayramı zamanı atəşkəsin yaradılması təklifini rədd edib. O bildirib ki, Kiyev mayın 9-da Moskvada keçiriləcək parada gələcək dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər