Bütün xəbərlər
Nadejda Kadışevaya hücum edən qadın jurnalistlərin göstərişi ilə hərəkət etmiş ola bilər
Tarix: 04-05-2025 15:59 | Bölmə: Karusel

İvanovoda konsertdən sonra Nadejda Kadışevaya hücum edən qız eksklüziv material xatirinə jurnalistlərin göstərişi ilə hərəkət etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, müğənnidən ailəsində baş verənlərə niyə münasibət bildirmədiyini soruşmaq, həmçinin cavabı kameraya çəkmək lazım olub.
Hadisədən sonra polisə təhvil verilən qızın dindirilməsinin görüntülərini "Maş" nəşri yayıb.
Əvvəlcə o, həmsöhbətlərini Kadışevanın pərəstişkarı olduğuna inandırmağa çalışır, lakin sonra izah edir ki, o, bu barədə özü fikirləşməyib, müəyyən bir “müxbirin” göstərişlərinə əməl edib.
Daha əvvəl xəbər verilmişdi ki, pərdə düşəndən sonra tamaşaçılardan biri səhnəyə atılaraq səhnə arxasına keçib. Orada pərəstişkarının müğənninin boynundan tutaraq nəsə qışqırmağa başladığı iddia edilir.
Kadışeva xəsarət almayıb, lakin İvanovoda baş verənlərdən sonra onun komandası təhlükəsizlik tədbirlərini nəzərdən keçirmək və tamaşaçılarla fiziki təmas ehtimalını aradan qaldırmaq niyyətindədir.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər