Bütün xəbərlər
Böyük qəzada 3 nəfər ölüb, 5 nəfər yaralanıb
Tarix: 04-05-2025 15:56 | Bölmə: Karusel

Mordoviyada baş vermiş böyük qəza nəticəsində 3 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar günü, mayın 4-də, Atyuryevo kəndində iki minik avtomobili - "Çanqan" və "Honda" toqquşub.
Qəza nəticəsində “Çanqan”ın sərnişinləri olan 21 və 18 yaşlı qadın həkimlər gələnə qədər dünyasını dəyişib. Respublika Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avtomobilin sürücüsü daha sonra xəstəxanada ölüb, qanı analiz üçün götürülüb.
“Çanqan”da olan digər sərnişin, həmçinin “Honda”da olan sürücü və üç sərnişin xəstəxanaya aparılıb.
Məlumatda "Honda"nın sürücüsünün ayıq olduğu dəqiqləşdirilib.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər