Bütün xəbərlər
Terror aktı törətməkdə şübhəli bilinən şəxs həbs edilib
Tarix: 03-05-2025 22:48 | Bölmə: Karusel

Mahaçqalada Xasavyurtda terror aktı törətməyə cəhddə şübhəli bilinən qadın həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Dağıstan Respublikası məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Zarema Mamayevaya istinadən TASS agentliyi cinayətkarın həbsi barədə məlumat yayıb. Qeyd olunur ki, həbs təşəbbüsü istintaq tərəfindən irəli sürülüb.
Mahaçqala Sovet Rayon Məhkəməsi Xasavyurtda təhlükəsizlik idarəsinin binasında terror aktı törətməyi planlaşdıran qadın barəsində həbs qətimkan tədbiri seçib. Şübhəli barəsində iki ay müddətinə, 2025-ci il iyulun 1-dək həbs qətimkan tədbiri seçilib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər