Bütün xəbərlər
Britaniyalı Norris Mayami Qran Prisinin sprint yarışında qalib gəldi
Tarix: 03-05-2025 22:12 | Bölmə: Karusel

ABŞ-da "Formula 1"in növbəti mərhələsi olan Mayami Qran Prisi çərçivəsində keçirilən sprint yarışı başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Yarışın qalibi McLarendən olan britaniyalı pilot Lando Norris olub.
Britaniyalı tələb olunan 18 dövrəni hamıdan tez başa vurub. Onu 0,672 saniyə geridə qalan komanda yoldaşı Oskar Piastri ilk 3-lükdə, "Ferrari"dən Lyuis Həmilton (+1,073) izlədi.
Lakin Red Bull Racing-dən hazırkı "Formula1" çempionu Maks Ferstappen sonuncu olub. Bu, pozuntuya görə cərimə nəticəsində baş verib. Ona 10 saniyəlik penalti verildi və 17-ci oldu.
Aston Martin-dən Fernando Alonso, "Ferrari"dən Çarlz Lekler və Villiams-dan Karlos Sayns yarışı başa vura bilməyiblər. Birincisi məşq zamanı qəzaya uğrayıb, ikincisi deşdiyinə görə, üçüncüsü isə qəzaya görə yarışı tərk edib.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər