Bütün xəbərlər
İtkin düşən yanğınsöndürənlər ölü tapılıb
Tarix: 02-05-2025 11:13 | Bölmə: Karusel

Aprelin 23-də Zabaykalsk diyarının Tunqokoçenski rayonunda yanğınla mübarizə apararkən itkin düşən 3 yanğınsöndürənin cəsədi tapılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Əvvəllər bildirildiyinə görə, vilayət İstintaq Komitəsi onların itkin düşməsi ilə bağlı cinayət işi açıb.
“Ölüləri Çita aviabazasının əməkdaşları düşərgədən 10 kilometr aralıda yerləşən meşədə aşkar ediblər”, - deyə, regional Təbii Sərvətlər Nazirliyi öz Teleqram kanalında bildirib.
Üç yanğınsöndürən aprelin 23-də meşədəki yerini tərk edərək əlaqəni kəsib, lakin polisə bu barədə cəmi 5 gündən sonra məlumat daxil olub.
İstintaq hadisənin başvermə şəraitini müəyyənləşdirir.
Transbaykaliyada təbii yanğınlar səbəbindən aprelin 23-də federal fövqəladə vəziyyət elan edilib.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər