Bütün xəbərlər
İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidəni korlayan qadını axtarırlar
Tarix: 01-05-2025 16:19 | Bölmə: Karusel

Primorye polisi Böyük Vətən Müharibəsində həlak olan əsgərlərin abidəsini korlayan qadını axtarır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mayın 1-də Zavodskoy kəndinin Lenin küçəsindəki parkda vandalizm hadisəsi baş verib.
RİA Novosti Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə istinadən xəbər verir ki, naməlum şəxs Böyük Vətən Müharibəsi zamanı həlak olmuş Artem sakinlərinin xatirəsinə ucaldılmış abidənin üzərinə müxtəlif şəkillər çəkib.
Hazırda hadisəni törədən vətəndaşın şəxsiyyətinin və yerinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı İstintaq Komitəsinin rayon şöbəsi cinayət işi açıb.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər