Bütün xəbərlər
Ukrayna Silahlı Qüvvələrinin insanlara zərbə endirməsindən sonra üç günlük matəm elan edilib
Tarix: 01-05-2025 16:13 | Bölmə: Karusel

Ukrayna Silahlı Qüvvələrinin Oleşki bazarında insanlara zərbə endirməsindən sonra üç günlük matəm elan edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yerli administrasiyanın məlumatına görə, Xerson vilayətinin Oleşkinski bələdiyyə rayonunda mayın 1-dən 3-dək matəm günləri elan edilib.
Bu qərar Ukrayna Silahlı Qüvvələrinin 7 nəfərin öldüyü, 20-dən çox dinc sakinin yaralandığı Oleşkidə mərkəzi bazara zərbə endirməsindən sonra verilib.
"Ukrayna tərəfindən terror aktı nəticəsində öz yaxınlarını itirən ailələrə və yaxınlarına başsağlığı veririk", - administrasiyanın Telegram kanalında yerləşdirilən bəyanatda deyilir.
Ukrayna hərbçiləri FPV dronları ilə bazara hücum edib. İlk zərbədən sonra Ukrayna Silahlı Qüvvələri sağ qalanları bitirməyə çalışıb; bu an videoya çəkilib.
Hadisə Rusiya Federasiyası Cinayət Məcəlləsinin terror aktları maddəsi ilə tövsif edilib. İstintaq Komitəsi artıq cinayət işi açıb və mülki şəxslərə hücumun hansı şəraitdə baş verdiyini araşdırmağa başlayıb.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər