Bütün xəbərlər
Bolqarıstan Hərbi Hava Qüvvələri: ABŞ tərəfindən təchiz edilmiş "F-16"da texniki problemlər var
Tarix: 01-05-2025 09:47 | Bölmə: Karusel

ABŞ-ın müqavilə əsasında Bolqarıstana təhvil verdiyi ilk "F-16 Block 70" döyüş təyyarəsində texniki problemlər yaranıb, Bolqarıstan Hərbi Hava Qüvvələri komandanı Nikolay Rusev bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, müəyyən edilmiş problemə baxmayaraq, təyyarənin saz vəziyyətdə olduğunu və sistemin işindəki sapmaların standartlara daxil ediləcəyini, beləliklə, təyyarənin qəbulunun növbəti mərhələlərdə normal şəkildə davam edəcəyini açıqlayıb. General-mayor qeyd edib ki, yeni təyyarə hələ də istismara qəbul edilməyib, çünki onun qəbulu proseduru xeyli vaxt aparır.
"İlk "F-16"nın Bolqarıstanda enişindən sonra sistemlərdən birinin işində sapma aşkar edilib, bu, təyyarənin nasaz olması demək deyil", - Nikolay Rusev deyib, onun sözlərini Bolqarıstan Müdafiə Nazirliyinin saytı sitat gətirir.
Ümumilikdə, 2019-cu ildə ABŞ ilə bağlanmış müqaviləyə əsasən, Bolqarıstan səkkiz "F-16" təyyarəsi, bir silah paketi, habelə onların istismarı üçün resurslar almalıdır.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər