Bütün xəbərlər
Rusiyanın keçmiş mətbuat naziri Sergey Qrızunov vəfat edib
Tarix: 01-05-2025 09:43 | Bölmə: Karusel

Rusiyanın keçmiş mətbuat naziri, MDBMİ-nin beynəlxalq jurnalistika kafedrasının professoru, tarix elmləri namizədi Sergey Qrızunov vəfat edib. Onun 75 yaşı var idi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalistin ölümü barədə “Kommersant” nəşri məlumat yayıb.
Sergey Qrızunov 1949-cu ildə Kuybışevdə (indiki Samara şəhəri) anadan olub. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-ci illərin sonunda o, Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının diplomunu almışdır.
1994-1995-ci illərdə Qrızunov Mətbuat İşləri üzrə Dövlət Komitəsinə rəhbərlik edib, 1996-cı ildə isə Boris Yeltsinin seçki qərargahının üzvü olub.
O, “Novosti” mətbuat agentliyində redaktor işləyib, “Moskva xəbərləri” nəşriyyatında vitse-prezident vəzifəsini tutub.
2000-ci illərin ortalarında “Yeni rus sözü” qəzetinin redaksiya heyətinə rəhbərlik edib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər