Bütün xəbərlər
Avtomobil qəzası nəticəsində azı 11 nəfər xəsarət alıb
Tarix: 30-04-2025 21:57 | Bölmə: Karusel

Kopenhagenin mərkəzində avtomobilin toqquşması nəticəsində azı 11 nəfər xəsarət alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "TV 2" telekanalı məlumat yayıb.
Aprelin 30-da yaşlı kişi avtomobilin idarəetməsini itirib və iddiaya görə Danimarka paytaxtının mərkəzində Kraliça Luiza piyada körpüsünün qarşısında bilmədən insanların üstünə çıxıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, üç nəfərin vəziyyəti ağırdır. Qurbanlar arasında sürücünün özü də var. O, tibbi yardım aldıqdan və ifadə verə bildikdən sonra polis sürücünü sorğu-sual edəcək.
Kopenhagen polis rəisi Ritzau agentliyinə müsahibəsində avtomobilin əvvəlcə yol işlərinin bir hissəsindən keçdiyini, sonra isə velosipedçini vurduğunu aydınlaşdırıb. Daha sonra avtomobil kafenin yaxınlığında dayanan bir qrup şəxsin üzərinə çırpılıb.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər