Bütün xəbərlər
Hindistan hava məkanını Pakistanla əlaqəli təyyarələr üçün bağlayır
Tarix: 30-04-2025 21:48 | Bölmə: Karusel

Hindistan hava məkanını Pakistanla əlaqəli təyyarələr, o cümlədən hərbi təyyarələr üçün bağlayır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə aviasiya bildirişində deyilir.
Mətndən belə çıxır ki, məhdudiyyət aprelin 30-dan mayın 23-dək qüvvədə olacaq. O, iki dövlət arasında münasibətlərin pisləşməsi fonunda tətbiq edilir.
"Hindistanın hava məkanı Pakistanda qeydiyyatdan keçmiş bütün təyyarələr və Pakistan aviaşirkətləri və ya operatorları tərəfindən idarə olunan, mülkiyyətində olan və ya icarəyə götürülən təyyarələr, o cümlədən hərbi uçuşlar üçün bağlıdır", - Hindistanın aviasiya rəsmiləri bildirib.
Hindistan və Pakistan arasında münaqişə Hindistanın Cammu və Kəşmir bölgəsində törədilən terror aktlarından sonra qızışıb.
Aprelin 22-də Baysaran vadisində silahlı yaraqlılar turistlərə atəş açıb. Hücuma görə məsuliyyəti “Ləşkər-e-Taibə” (Rusiyada qadağan olunmuş) terror təşkilatı ilə əlaqəsi olan Müqavimət Cəbhəsi qruplaşması öz üzərinə götürüb. Terror aktı 27 nəfərin həyatına son qoyub.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər