Bütün xəbərlər
Siciliya sahillərində batan iş adamı Linçin yaxtasını qaldırmağa başlayırlar
Tarix: 30-04-2025 14:49 | Bölmə: Karusel

İtaliyalı xilasedicilər Bayesian superyaxtasını Siciliya sahillərində dənizin dibindən qaldırmaq üçün işə başlayır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  "The Guardian"ın yazdığına görə, yaxtanın qaldırılmasına hava şəraitinə görə aprelin 30-u çərşənbə günü başlamaq planlaşdırılır. Gəmi sahildən təxminən 800 m aralıda və təxminən 50 m dərinlikdə yerləşir. Xilasetmə əməliyyatlarının dəyəri 30 milyon dollar qiymətləndirilir.
Gəminin qaldırılması bir neçə həftə çəkə bilər. Batmış yaxtanın ətrafında 650 metrlik qadağa zonası elan edilib və iş tamamlanana qədər hər hansı naviqasiya, yanalma, suya tullanma və balıq ovu qadağan edilib.
Müstəntiqlər ümid edirlər ki, yaxta onlara bir sıra insan səhvlərinin batmağa səbəb olub-olmadığını və ya başqa amillərin rol oynadığını anlamağa kömək edəcək. Yaxta sahilə çıxarıldıqdan sonra məhkəmə ekspertləri lyuklardan birinin açıq olub-olmadığını və keilin düzgün qaldırılıb-qaldırılmadığını müəyyən edəcəklər.
Britaniyalı milyarder Mayk Linçə məxsus 56 metrlik yaxta 2024-cü il avqustun 19-da batıb. Linç və onun 18 yaşlı qızı Hanna da daxil olmaqla 7 nəfər ölüb.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər