Bütün xəbərlər
"Baza": Qaraçılar qəbiristanlıqda polis əməkdaşlarına hücum ediblər
Tarix: 30-04-2025 14:31 | Bölmə: Karusel

Aprelin 29-da Stavropol diyarının Zelenokumsk şəhərində qəbiristanlıqda qaraçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir neçə onlarla qaraçının qəbirlərin yanında süfrə açıb hay-küy salmasını bəyənməyən insanlar onları çağırıblar.
Gələn polis əməkdaşları xalqın matəm içində olduğunu əsas gətirərək onları daha sakit olmağa çağırıblar. Bundan əlavə, qəbiristanlıq ictimai yerdir və “içmək” üçün yer deyil, "Baza" yazır.
Lakin qısa zamanda söhbət qızışıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri qruplaşma liderini saxlamağa cəhd edəndə bir neçə nəfər ona hücum edib.
Toqquşma nəticəsində 3 polis əməkdaşı yaralanıb və xəstəxanaya aparılmağa məcbur olub.
Nəşrin məlumatına görə, faktla bağlı hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb.Ən fəal üç nəfər saxlanılıb.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər