Bütün xəbərlər
İvanovo, Nijni Novqorod və Yaroslavl hava limanları fəaliyyətini bərpa edib
Tarix: 30-04-2025 09:50 | Bölmə: Karusel

Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti aprelin 30-da təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanan üç hava limanının fəaliyyətinin bərpa olunduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  İvanovo, Nijni Novqorod və Yaroslavl hava limanları Moskva vaxtı ilə saat 6:56-da uçuşları qəbul edib göndərməyə başlayıb.
“Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib”, - deyə, departamentdən bildirilib.
Xatırladaq ki, İvanovonun Yujnı hava limanı saat 2:45-də, Nijni Novqorod və Yaroslavldakı Strigino və Tunoşna - saat 3:07-də bağlanıb.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər