Bütün xəbərlər
Beş polis korrupsiyada ittiham olunur
Tarix: 28-04-2025 22:17 | Bölmə: Karusel

Rusiya Daxili İşlər Nazirliyinin Podolsk şəhər dairəsi üzrə beş əməkdaşı 15 milyon rubl rüşvətlə bağlı işdə ittiham olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi öz Telegram kanalında məlumat yayıb. Qeyd olunur ki, saxlanılan şəxslər rüşvət almaqda və rüşvətxorluqda vasitəçi olmaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi, 291.1-ci maddəsinin 4-cü hissəsi) ittiham olunurlar.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2025-ci il aprelin 4-dən aprelin 24-dək yerli sakindən rüşvət kimi 15 milyon rubl alıb. Polis pulu alandan sonra istintaqda olan cinayət işinin yeni epizodlarının açılmayacağına, həmçinin bu iş üzrə digər təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməyəcəyinə söz verib.
2025-ci il aprelin 28-də təqsirləndirilən şəxslərin barəsində həbs-qətimkan tədbiri seçilib.

İstintaq Komitəsi araşdırmalarını davam etdirir.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər