20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
Çexiya dörd ay ərzində Ukraynaya 400 min mərmi ötürdü
Tarix: 27-04-2025 23:50 | Bölmə: Karusel

Çexiya 2025-ci ilin dörd ayı ərzində Ukraynaya 400 min artilleriya mərmisi ötürdüyünü respublikanın müdafiə naziri Jana Çernoxova bəyan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bildirildiyinə görə, Çexiya özü sursat almır, vasitəçi rolunu oynayır.Nazir əlavə edib ki, bir sıra Qərb ölkələri mərmilərin pulunu ödəyir.
"Bu ilin ilk dörd ayında Ukraynaya daha 400 min iriçaplı artilleriya mərmisi çatdırılıb", - deyən Çernoxova 2024-cü ildə Ukraynanın bu təşəbbüs çərçivəsində təxminən 1,5 milyon sursat aldığını xatırladaraq, Çexiya Xəbər Agentliyi yazır.
Nazir həmçinin qeyd edib ki, respublika Ukraynanı dünyanın hər yerindən toplaya bildiyi qədər mərmi ilə təmin etməyə çalışacaq.Hazırda bu ehtiyatlar bir yarım milyon ədəd qiymətləndirilir. Hər şey sponsorların bu mərmiləri almaq üçün kifayət qədər pul toplaya biləcəyindən asılıdır, Çernoxova izah etdi.
Bundan əvvəl Çexiya prezidenti Peter Pavel demişdi ki, Praqa üçüncü ölkələrdən Ukrayna üçün yüz minlərlə artilleriya mərmisi almaq yolunu tapıb. Bu təşəbbüsə 20-yə yaxın ölkə qoşulub.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər