20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
Lavrov: "Rusiya ərazi bütövlüyü ilə bağlı danışıqlar aparmır, Tramp bunu başa düşür"
Tarix: 27-04-2025 21:04 | Bölmə: Karusel

Rusiya öz ərazisinin bütövlüyü ilə bağlı danışıqlar aparmır və ABŞ prezidenti Donald Tramp bunu başa düşür.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikanın CBS teleşirkətinə müsahibəsində deyib.
Rusiyalı nazir Amerika liderinin Krım məsələsinin indi müzakirə olunmaması ilə bağlı son sözlərini belə şərh edib və “bu, həll olunmuş məsələdir” deyə, vurğulayıb.
"Rusiya öz ərazisinin bütövlüyü ilə bağlı danışıqlar aparmır.Prezident Donald Tramp bunu anlayır", - o, CBS telekanalına müsahibəsində deyib.
Aprelin 23-də ABŞ prezidenti bəyan edib ki, Krım uzun illər əvvəl ABŞ prezidenti Barak Obamanın dövründə Ukraynaya uduzub və “hətta müzakirə mövzusu deyil”.Tramp vurğulayıb ki, Zelenskinin yarımadanı Rusiya kimi tanımaqdan imtina etməsi Ukraynada sülh prosesinə böyük ziyan vurur.Amerika lideri itirilmiş ərazilərin Ukraynaya qaytarılması ideyasını da “gülünc” adlandırıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, Amerika liderinin Krımın Rusiyaya məxsus olmasının müzakirə mövzusu olmadığı barədə sözləri Rusiyanın bu məsələdə mövqeyi ilə əlaqələndirilir.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər