20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
Əlisgərov Kanzasda keçirilən UFC turnirində Munizi ilk raundda nokaut edib
Tarix: 27-04-2025 11:35 | Bölmə: Karusel

Rusiyalı döyüşçü İkram Əlisgərov Kanzas-Sitidə keçirilən Ultimate Fighting Championship (UFC) turnirində braziliyalı Andre Muniz üzərində erkən qələbə qazanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, orta çəkidə döyüş birinci raundda texniki nokautla başa çatıb.İkram sol çəngəl ilə rəqibini kətana yıxdıqdan sonra hakim mübarizəni dayandırıb və sonra onu bitirməyə başlayıb.
İndi 32 yaşlı rusiyalı 18 MMA döyüşündə 16 qələbə qazanıb.
Turnirin əsas döyüşündə irlandiyalı Yan Qarri yarım ağır çəki dərəcəsində braziliyalı Karlos Prates üzərində yekdil qərarla qalib gəlib.
Bundan əvvəl Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev UFC turnirlərinin Rusiya Federasiyasına qaytarılması istiqamətində işlərin aparıldığını bildirmişdi.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər