20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
TASS: General Moskalikin qətlində şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb
Tarix: 26-04-2025 22:04 | Bölmə: Karusel

General Moskalikin qətlində şübhəli bilinən Ukrayna kəşfiyyatçısı İqnat Kuzin Türkiyədə saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS agentliyi adı açıqlanmayan mənbələrə istinadən xəbər verir.
Kuzinin Moskvadan gəldikdən sonra hüquq-mühafizə orqanlarının əlinə keçdiyi dəqiqləşdirilir.
"O, Moskvadan gəldikdən sonra İstanbulda saxlanılıb", - agentliyin mənbəsi izah edib.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik aprelin 25-də Moskva vilayətinin Balaşixa şəhərində öldürülüb.Hücum edən şəxs əldəqayırma bombanı avtomobildə gizlədib və Rusiya hərbçisinin evinin yaxınlığında saxlayıb.
FSB-nin verdiyi məlumata görə, bomba trotil bloklarından və metal boltlar və mismarların rolunu oynayan vurucu elementlərdən yığılıb.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər