Bütün xəbərlər
Lavrov: "Rusiya Zelenski kimi danışıqların detallarını müzakirə etmir"
Tarix: 26-04-2025 11:22 | Bölmə: Karusel

Rusiyanın xarici işlər naziri Sergey Lavrov CBS telekanalına müsahibəsində deyib ki, Moskva özünü nəzakətlə aparır və Vladimir Zelenski kimi Ukrayna nizamlanması ilə bağlı danışıqların detallarını açıqlamır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun fikrincə, danışıqların təfərrüatları açıq şəkildə müzakirə olunarsa, onlar qeyri-ciddi olur.
"Biz həqiqətən nəzakətli insanlarıq və bəzilərindən fərqli olaraq biz heç vaxt danışıqlar zamanı müzakirə olunanları ictimaiyyətdə müzakirə etmirik", - rusiyalı nazir bildirib.
Lavrov əlavə edib ki, Zelenski istənilən şəxslə danışıqların təfərrüatları barədə danışmağa hazırdır və danışıqların mahiyyəti ilə bağlı fikrini öyrənmək istəyi olarsa, Kiyev rejiminin rəhbəri ilə əlaqə saxlamağı təklif edib.
Əvvəllər həmin müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Moskva hazırda Ukraynadakı münaqişənin sülh yolu ilə həlli çərçivəsində ciddi təklifləri nəzərdən keçirmək mərhələsindədir, lakin danışıqlar prosesi başa çatana qədər detalları açıqlamır.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər