Bütün xəbərlər
Peskov: "Putin hələ Hindistan və Pakistan liderləri ilə təmasları planlaşdırmır"
Tarix: 25-04-2025 22:03 | Bölmə: Karusel
Rusiya prezidenti Vladimir Putinin Hindistan və Pakistan liderləri ilə planlaşdırılmış təmasları yoxdur.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
O, həmçinin əlavə edib ki, nə Yeni Dehli, nə də İslamabad Moskvadan münaqişənin həllinə kömək istəməyib.
TASS xəbər agentliyi Peskovdan sitat gətirib: “Belə bir müraciət olmayıb”.
Hindistan və Pakistan arasında münasibətlər Hindistan birliyinin ərazisi olan Cammu və Kəşmirdə törədilən terror aktından sonra pisləşib.Hücum nəticəsində 26 nəfər həlak olub.
Bunun ardınca Pakistan öz qoşunlarının döyüş hazırlığını artırdı və Hindistanla bir sıra müqavilələri dayandırdı.Yeni Dehli də öz növbəsində Hind çayı müqaviləsinə xitam verdiyini açıqlayıb və Pakistana su təchizatını tamamilə kəsməyi planlaşdırır.
Pakistanın kənd təsərrüfatının təxminən 80%-i bu su yolundan asılıdır. Hind çayı və onun qolları Pakistanın Lahor, Karaçi və İslamabad kimi böyük şəhərlərini də su ilə təmin edir.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər