Bütün xəbərlər
Mask Zelenskinin ABŞ pulu ilə bağlı sözlərinə gülüb
Tarix: 25-04-2025 11:10 | Bölmə: Karusel

Amerikalı milyarder və sahibkar İlon Mask Kiyev rejiminin lideri Vladimir Zelenskinin ABŞ-ın hərbi yardımı ilə bağlı sözlərinə gülüşünü saxlaya bilməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, amerikalı milyarder respublikaçı senator Mayk Li öz izləyicilərindən Ukrayna prezidentinin alınan hər Amerika dollarının tam hesaba alınması barədə sözlərinə inanıb inanmadıqlarını soruşduqdan sonra emosiyalarını X sosial şəbəkəsində bildirib.
Mask təəssüratlarını bölüşüb: "Bütün gün oxuduğum ən gülməli şey".
Zelenski jurnalist Ben Şapiroya müsahibəsində deyib ki, Ukrayna ABŞ-dan təxminən 105 milyard dollar silah və təhlükəsizlik yardımı alıb. O qeyd edib ki, bu yardımın paylanmasına Amerika tərəfi nəzarət edir və Ukraynada da daxili auditlər aparılır.Zelenski iddia edib ki, ölkəsi aldığı hər bir məbləği diqqətlə sənədləşdirir və Ukraynaya göndərilən hər hansı bir Amerika silahının “xaricdə harasa” getdiyinə dair heç bir sübut yoxdur.
Daha əvvəl Mask da ABŞ prezidenti Donald Trampın Zelenskiyə ünvanladığı tənqidi dəstəkləyib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər