Bütün xəbərlər
Yeni Yerusəlim məbədi Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində yanıb
Tarix: 25-04-2025 10:35 | Bölmə: Karusel

İnternetdə Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətində hücumu nəticəsində alovlanan Yeni Yerusəlim məbədində baş verən yanğının görüntüləri yayılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüntüləri Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Marina Əhmədova öz Telegram kanalında yayımlayıb. Videoda yanan bina görünür, ondan yalnız dayaq konstruksiyaları qalıb.
Əvvəllər xəbər verildiyi kimi, aprelin 24-ü axşam saatlarında Ukraynaya məxsus pilotsuz təyyarələr məbədə hücum edib.Zərbənin "Baba Yaqa" pilotsuz uçan aparatı tərəfindən həyata keçirildiyi bildirilir. "Lenta.ru" xəbər verir ki, yanğın nəticəsində məbəd tamamilə dağılıb.
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə daima hadisə yerinə hücum edərək yanğının söndürülməsinə mane olub.
İlkin məlumata görə, itki yoxdur. Hücum zamanı məbəddə dörd nəfər olub.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər