Bütün xəbərlər
Hindistan və Pakistan əsgərləri Nəzarət xəttinə atəş açıb
Tarix: 25-04-2025 10:13 | Bölmə: Karusel

Pakistan hərbçiləri Hindistanın Nəzarət xətti boyunca yerləşən postlarına atəş açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Hindistanın "News18" telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Hindistan hərbçiləri cavab atəşi ilə cavab verib.
"Nəzarət xətti boyunca bəzi yerlərdə Pakistanın təşəbbüsü ilə atıcı silahlardan atəşə tutulma hadisələri baş verib", - telekanal iddia edir.
Qeyd edildiyi kimi, hadisə zamanı itkilər barədə məlumat verilməyib.
Aprelin 22-də bir qrup silahlı şəxs Kəşmirdə turistlərə hücum edib.Hücum nəticəsində 26 nəfər ölüb, daha 20 nəfər yaralanıb.Hindistan mediası hücumun arxasında ən azı dördü Pakistandan olmaqla yeddi hücumçunun olduğunu bildirib.Bunun ardınca ölkələr bir-birlərinə qarşı hava məkanını bağlamaq, vizaları ləğv etmək kimi bir sıra tədbirlər görüblər ki, bu da aralarında gərginliyin artmasına səbəb olub.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər