Bütün xəbərlər
“Tramp 2028” yazısı olan beysbol papaqlarının satışına başlanılıb
Tarix: 24-04-2025 23:32 | Bölmə: Karusel

ABŞ prezidenti Donald Trampın rəsmi internet mağazasında “Tramp 2028” yazısı olan beysbol papaqlarının satışına başlanılıb ki, bu da siyasətçinin üçüncü müddətə namizəd olmaq niyyətindən xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir papağın qiyməti vergi istisna olmaqla 50 dollardır.Baş geyiminin təsvirində onun ABŞ-da hazırlandığı xüsusi qeyd olunub.
Mart ayında Tramp üçüncü müddətə namizəd olmaq barədə "zarafat etmədiyini" söylədi. Bunun ABŞ Konstitusiyasına 22-ci düzəlişlə qadağan olunduğunu etiraf edən siyasətçi bunun üçün üsulların olduğunu və onları ciddi şəkildə nəzərdən keçirdiyini qeyd edib.
Eyni zamanda, amerikalıların dörddə üçü hesab edir ki, Ağ Ev rəhbəri 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürməməlidir.Bunu "Reuters" və "Ipsos"un aprelin 22-də dərc etdiyi sorğunun nəticələri sübut edir.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər