Bütün xəbərlər
Peskov: "Rusiyanın Baltikyanı ölkələrə heç bir ərazi iddiası yoxdur"
Tarix: 23-04-2025 21:12 | Bölmə: Karusel

Rusiyanın Baltikyanı ölkələrə qarşı ərazi iddiası yoxdur.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Fransanın “Le Point” jurnalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Moskva Baltikyanı ölkələrə ərazi tələbləri irəli sürmür; Kreml nümayəndəsi bildirib ki, Ukraynadakı vəziyyət nizamlandıqdan sonra region dövlətləri ilə silahlı münaqişə istisna edilir.
“Rusiyanın Baltikyanı ölkələrlə heç bir problemi yoxdur və onlara qarşı ərazi iddiası yoxdur, baxmayaraq ki, orada ruslar yaşayır və onların maraqları daima tapdalanır”, - Peskov qeyd edib.
Eyni zamanda, o, əlavə edib ki, Avropa İttifaqı rusdilli əhalinin hüquqlarının pozulmasına “zərrə qədər də diqqət yetirmir”.
Daha əvvəl Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Vladimir Çijov bəyan edib ki, hazırda Almaniya və Baltikyanı ölkələr anti-Rusiya isteriyasının məngənəsindədir.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər