Bütün xəbərlər
Məktəbdə bağırsaq infeksiyasına yoluxanların sayı 26-ya çatıb
Tarix: 23-04-2025 21:03 | Bölmə: Karusel

Yekaterinburqda 178 saylı məktəbin 24 şagirdi və 2 müəllimində bağırsaq infeksiyası aşkar edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Laborator müayinələr zamanı mütəxəssislər infeksiyanın törədicini müəyyən ediblər. Norovirus tip 2 olduğu ortaya çıxdı.
Sverdlovsk vilayətinin səhiyyə naziri Tatyana Savinova videokonfrans zamanı deyib: "Xəstəlik yüngül keçir.Xəstələrin əksəriyyətində artıq kliniki simptomlar aradan qalxıb".
Mütəxəssislər indi infeksiyanın mənbəyini müəyyənləşdirməyə çalışırlar. Məktəb aprelin 27-dək distant təhsilə keçib.
Tibb elmləri namizədi, infeksionist Yevgeni Timakovun sözlərinə görə, simptomlar görünsə, dərhal həkimə müraciət etmək və özünü müalicə etməmək son dərəcə vacibdir.
"İnfeksiya yüksək sürətlə irəliləyir ki, bu da orqanizmin sürətli susuzlaşmasına və nəticədə təhlükəli fəsadların inkişafına, hətta ölümə səbəb ola bilər", - mütəxəssis "URA.ru" saytına müsahibəsində bildirib.
Yekaterinburq məktəbində infeksiyanın yayılması aprelin 23-də səhər saatlarında məlum olub. 40-dan çox ibtidai sinif şagirdi dərsə gəlməyib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər