Şənbə, 10 may 2025, 15:14:29  
Son xəbərlər:
Bütün xəbərlər
Papanın dəfn mərasimində Rusiyanı mədəniyyət naziri Lyubimova təmsil edəcək
Tarix: 23-04-2025 20:47 | Bölmə: Karusel

Rusiya Mədəniyyət Nazirliyinin rəhbəri Olqa Lyubimova ölkə prezidenti Vladimir Putinin qərarından sonra Papa Fransiskin dəfn mərasimində Rusiya Federasiyasını təmsil edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində məlumat verib.
Roma Papası Fransisk aprelin 21-də 88 yaşında insultdan vəfat edib.Papanın dəfn mərasimi aprelin 26-da şənbə günü keçiriləcək.
“Prezident Vladimir Putinin qərarı ilə Rusiyanı Papanın dəfn mərasimində mədəniyyət naziri Olqa Lyubimova təmsil edəcək”, - Kremlin sözçüsü bildirib.
Daha əvvəl Peskov bildirib ki, Rusiya lideri pontifikin dəfn mərasimində iştirak etməyi planlaşdırmır.



Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər