Bütün xəbərlər
MMA döyüşçüsü İsmayılov şarj cihazının partlaması nəticəsində xəsarət alıb
Tarix: 22-04-2025 23:29 | Bölmə: Karusel

Rusiyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Maqomed İsmayılov portativ şarj cihazının partlaması nəticəsində xəsarət alıb. Onun sözlərinə görə, hadisə yatarkən baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsmayılov “Instagram” sosial şəbəkəsindəki şəxsi bloqunda (Rusiyada qadağandır) yorğanı alovlananda oyandığını bildirib. O, başında yaralar və kiçik yanıq aşkarlayıb.
"Zayadka partladı, təsəvvür edirsiniz? Gözümü açıram, hər şey yanır. Güzgüyə baxıram, bütün üzüm qan içində. Yanğını yorğanla söndürdüm, üzümü yudum", - döyüşçü paylaşıb.
Maqomed İsmayılovun 38 yaşı var. 2020-ci ildə o, tanınmış promouterlik şirkətinə görə "İlin döyüşçüsü" adını qazanıb.
2024-cü ildə idmançı nifrət və ya düşmənçiliyin salınması və insan ləyaqətinin alçaldılması maddəsi ilə cərimələnib. İş o, polisin işi ilə bağlı neqativ ifadələrlə video yayımladıqdan sonra açılıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər