Bütün xəbərlər
Uşakov: "Rusiya və ABŞ Ukraynanı ciddi və hərtərəfli müzakirə edirlər"
Tarix: 22-04-2025 19:22 | Bölmə: Karusel

Rusiya və ABŞ təmaslarında Ukrayna münaqişəsinin həllini ciddi və hərtərəfli müzakirə edirlər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.
O, dialoqun davam etdiriləcəyini bildirib.
"Biz indi amerikalılarla təmaslarımızdan danışırıq. Biz Ukraynanı kifayət qədər ciddi, hərtərəfli müzakirə edirik. Və düşünürəm ki, dialoq bu həftə davam edəcək", - Uşakov bildirib.
Bundan əvvəl Yuri Uşakov bildirmişdi ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff bu həftə Moskvaya gəlməyi planlaşdırır.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər