Bütün xəbərlər
Peskov: "Putin ABŞ-İran danışıqlarında Omanın səylərini yüksək qiymətləndirdi"
Tarix: 22-04-2025 19:07 | Bölmə: Karusel

ABŞ və İran arasında danışıqlar prosesində Omanın səyləri Rusiya prezidenti Vladimir Putin tərəfindən yüksək qiymətləndirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
O qeyd edib ki, Sultanlıq danışıqları fəal şəkildə təşviq edir və bu, silahlı münaqişə təhlükəsini azaldır.
"Oman danışıqlar prosesini asanlaşdırmaq üçün çox əhəmiyyətli səylər göstərir. Və bu, həqiqətən də, yəqin ki, bu regionda qaynar müharibə təhlükəsini minimuma endirə bilər", - TASS Peskovdan sitat gətirir.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Putin və Omanın sultanı Əl Səid İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə ediblər. Uşakov həmçinin əlavə edib ki, Moskva Tehranla sıx əlaqə saxlayır və imkan daxilində ona kömək edir.
Aprelin 21-də ABŞ prezidenti Donald Tramp ABŞ-İran danışıqlarının yaxşı getdiyini bildirib.İkinci raunddan sonra iki ölkə Tehrana dinc nüvə enerjisini saxlamağa imkan verəcək sazişi müzakirə edir.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər