Bütün xəbərlər
Qanunvericilik məclisinin deputatı dələduzluq işi ilə bağlı həbs edilib
Tarix: 22-04-2025 18:11 | Bölmə: Karusel

Altayda regional qanunvericilik məclisinin deputatı Nikolay Danilin həbs edilib və xidməti vəzifəsindən istifadə edərək xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Regional İstintaq Komitəsi məlumat yayıb.
Danilin 2025-ci ilin mart ayına qədər Barnaul DSU №4 MMC-yə rəhbərlik edib. Şirkət yolların və körpülərin yenidən qurulması, təmiri və tikintisi ilə məşğul olub. 2018-2020-ci illər arasında təşkilat Altay Yol İdarəsi ilə bir neçə müqavilə imzalayıb.
İstintaqın məlumatına görə, deputat və daha 5 təqsirləndirilən şəxs qabaqcadan əlbir olub, müqavilə üzrə görülən işlərin həcmi barədə sənədlərə yalan məlumatlar daxil ediblər.
"Bu sənədlər sonrakı ödəniş üçün köçürülüb. Beləliklə, 2020-ci ilin oktyabrından 2023-cü ilin iyuluna qədər qrup üzvləri 37 milyon 779 min rubldan çox məbləğdə vəsait oğurlayıblar", - idarənin Telegram kanalında yaydığı məlumatda deyilir.
Cinayət təqibindən xəbərdar olan Danilin Rusiyanı tərk edib, lakin aprelin 21-də ölkəyə qayıdıb və saxlanılıb.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər