Şənbə, 10 may 2025, 12:48:34  
Son xəbərlər:
Bütün xəbərlər
Udaltsov arvadından boşanıb
Tarix: 21-04-2025 22:37 | Bölmə: Karusel

Sol Cəbhə ictimai hərəkatının banisi Sergey Udaltsov (Rusiya Federasiyasının terrorçuların və ekstremistlərin reyestrinə daxildir) həyat yoldaşından boşanıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi Udaltsovun vəkili Dmitri Aqranovskiyə istinadən məlumat yayıb.
Müdafiəçi onu da bildirib ki, Sol Cəbhə liderinin məhkəməsi yaxın vaxtlarda yekunlaşa bilər.
"Bu gün ittiham tərəfi faktiki olaraq sübutları təqdim etməyi başa çatdırıb, ona görə də məhkəmə tezliklə bitə bilər", - Aqranovski əlavə edib.
Aprelin 21-də İkinci Qərb Dairə Hərbi Məhkəməsi Udaltsov işinə baxmağa başlayıb.Təqsirləndirilən şəxs günahını etiraf etmir.
Udaltsov “İnternetdən istifadə edərək terrora haqq qazandırmaqda” ittiham olunur.O, Telegram kanalında Ufadan olan marksist dairəni dəstəklədiyi yazı yazıb.Onlar da öz növbəsində terrorizmdə ittiham olunurlar – onlar hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdırırdılar. Təqsirləndirilən şəxslərin mənzillərindən travmatik silahlar, qumbaralar, “Molotov kokteyli” aşkar edilib.



Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər