Bütün xəbərlər
RİA Novosti: Çin ABŞ-dan avtomobil idxalını 10 illik minimuma endirib
Tarix: 21-04-2025 22:30 | Bölmə: Karusel

Çin Xalq Respublikası mart ayında Amerika avtomobillərinin idxalını 2015-ci ilin əvvəlindən bəri ən aşağı səviyyəyə endirib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi Çin gömrüyünün məlumatlarına istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, ABŞ və Çin arasındakı ticarət qarşıdurması fonunda Çin idxalçıları 2025-ci ilin mart ayında Amerikadan avtomobil alışlarını 2,8 dəfə azaldıb və cəmi 155,1 milyon dollara alıblar.Amerika yük maşınlarının idxalı 5,7 dəfə azalaraq 6,9 milyon dollar, Çinə Amerika ehtiyat hissələrinin idxalı isə 1,5 dəfə azalaraq cəmi 77,8 milyon dollar təşkil edib.
Yaponiya Çinə 526,9 milyon dollar dəyərində avadanlıq idxal edərək avtomobil tədarükü üzrə lider olub, Almaniya (405,1 milyon dollar), üçüncü yerdə isə İngiltərə (360,4 milyon dollar) qərarlaşıb.
Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, Çin ABŞ-la ticarət münaqişəsindən əhalini səfərbər etmək və Çin Kommunist Partiyasına dəstəyi artırmaq üçün istifadə edir.Bununla belə, bu yanaşma təhlükələrlə doludur - gələcək hadisələr Pekinin mövqeyini ya gücləndirə, ya da onu sarsıda bilər, analitiklər xəbərdarlıq edirlər.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər