Bütün xəbərlər
Meşə yanğınının söndürülməsi zamanı iki xilasedici xəsarət alıb
Tarix: 21-04-2025 20:49 | Bölmə: Karusel

Voronej vilayətinin Babyakovo kəndində təbii yanğının söndürülməsi zamanı iki xilasedici xəsarət alıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Heyət quru ot və qamışlıqda yanğını söndürüb. Onlara yanıq və tüstüdən zəhərlənmə diaqnozu qoyulub. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Yanğınsöndürən maşının kabinəsinə ziyan dəyib. İlkin ehtimala görə, hadisəyə səbəb küləyin kəskin dəyişməsi olub.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər