Bütün xəbərlər
Anası tərəfindən döyülən 3 yaşlı qız Dağıstan xəstəxanasında dünyasını dəyişib
Tarix: 21-04-2025 20:45 | Bölmə: Karusel

Dağıstanda öz anası tərəfindən vəhşicəsinə döyülən Kaspiyskdən olan 3 yaşlı qız xəstəxanada dünyasını dəyişib.

  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həkimlər bir ay uşağın həyatı üçün mübarizə aparsalar da, aldığı xəsarətlər ölümcül olub.
İstintaqın məlumatına görə, hamilə qadın martın 20-də kiçik qızını döyüb.Qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, RİA Novosti xəbər verir. O, komaya düşüb və süni nəfəs aparatına yerləşdirilib.
Anaya qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb. Onun dörd övladı olduğu və hazırda beşincisinə hamilə olduğu məlum olub. Ailə kirayə mənzildə yaşayırdı.Hadisədən sonra bütün uşaqlar götürülərək qəyyumluğa verilib.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər