Bütün xəbərlər
Yanğının sahəsi 5 min kvadratmetr olub, ölən var
Tarix: 20-04-2025 19:19 | Bölmə: Karusel

Kareliyanın Belomorski rayonunun Sosnovets kəndində ciddi yanğın baş verib, bu barədə vilayət Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, quru otda başlayan yanğın bundan sonra yardımçı tikililərə keçərək bağ evlərinə yaxınlaşmağa başlayıb. Alovun meşə ərazisinə keçməsinə küləyin də təsiri olub.
Yanğının söndürülməsində yanğınsöndürənlər, yerli sakinlər və könüllü yanğınsöndürmə briqadasının üzvləri iştirak ediblər. Birgə səylər nəticəsində onlar təxminən beş min kvadratmetr sahədə yanğını lokallaşdıra biliblər.
Bir nəfərin fövqəladə vəziyyətin qurbanı olduğu məlum olub. Onun şəxsiyyəti və ölüm şəraiti hələlik açıqlanmayıb.
İlkin məlumatlara görə, yeddi yardımçı tikili yanıb, lakin yaşayış binaları xilas edilib.Yanğınsöndürmə işləri davam edir.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər