09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
Siluanov və Nabiullina Putinin Qətər əmiri ilə danışıqlarında iştirak edirlər
Tarix: 17-04-2025 15:54 | Bölmə: Karusel

Maliyyə naziri Anton Siluanov və Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina Rusiya prezidenti Vladimir Putin və Qətər əmiri Təmim Əl Tani arasında Moskvada keçirilən danışıqlarda iştirak edirlər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Eyni zamanda, Vladimir Putinlə Qətər əmiri arasında aparılan danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Çeçenistan lideri Ramzan Kadırov da daxildir.
Aprelin 17-də Qətər əmiri Rusiyaya rəsmi səfərə gəlib.Kreml aydınlaşdırıb ki, Vladimir Putin və Təmim əl-Tani arasında danışıqlarda vurğu humanitar, ticarət-iqtisadi sahələr və “beynəlxalq gündəmin əsas mövzuları” olacaq.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin və Qətər əmiri "Ukrayna işləri", eləcə də digər regional mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Peskovun sözlərinə görə, Moskva və Doha ən həssas məsələlər üzrə konfidensial dialoq aparır.
Öz növbəsində Qətər Xarici İşlər Nazirliyinin mətbuat katibi Məcid Əl-Ənsari qeyd edib ki, Doha daima Ukraynadakı münaqişənin həllində konstruktiv rol oynamağa çalışır.



Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər