Bütün xəbərlər
Rusiya səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılıb
Tarix: 15-04-2025 22:08 | Bölmə: Karusel

İsveç Xarici İşlər Nazirliyi Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayevi çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya səfiri Sumı və Krivoy Roq şəhərlərinə hücumlarla əlaqədar İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
Bundan əvvəl bildirilmişdi ki, aprelin 13-də Rusiya Silahlı Qüvvələri Sumı şəhərində Ukrayna Silahlı Qüvvələrinin Seversk operativ-taktiki qrupunun komanda qərargahının iclasının keçirildiyi əraziyə “İsgəndər” zərbəsi endirib.Rusiya təhlükəsizlik orqanlarının RİA Novosti-yə verdiyi məlumata görə, zərbə yerində 200-ə yaxın ukraynalı hərbçi ola bilərdi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rusiya Federasiyasının əlində Ukrayna hərbi rəhbərlərinin qərbli həmkarları ilə görüşünün Sumıdakı obyektdə keçirildiyinə dair sübutlar var.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər