Bütün xəbərlər
Məhkəmə "Sota" və "Reuters" jurnalistlərini FBK ilə əlaqəyə görə 5,5 il müddətinə azadlıqdan məhrum edib
Tarix: 15-04-2025 21:23 | Bölmə: Karusel

Moskva məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə Fondu ilə əməkdaşlıqla bağlı iş üzrə xarici jurnalistləri 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məhkəmə qapalı keçirilib.
Müttəhimlər kürsüsündə "Sota Vision" nəşrinin (Rusiya Federasiyasında xarici agent kimi tanınan) jurnalistləri Artem Kriger və Antonina Favorskaya (Kravtsova), "Reuters" xəbər xidmətinin prodüseri Konstantin Qabov və "Associated Press" ilə işləyən videojurnalist Sergey Karelin var.
Məhkəmədən RİA Novosti-yə bildiriblər ki, hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham tərəfi bundan əvvəl məhkəmədən hər birinin 5 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslər ekstremist icmada iştirakda ittiham olunurlar. Bu maddə üzrə maksimum cəza iki ildən altı ilədək həbsdir.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər