20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Güclü külək səbəbindən minə yaxın ev işıqsız qalıb
Tarix: 13-04-2025 10:26 | Bölmə: Karusel

Primoryedə güclü külək nəticəsində minə yaxın ev işıqsız qalıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğu öz Telegram kanalında məlumat yayıb.
Pis hava şəraiti Naxodka, Partizanski, Bolşekamenski, Xasanski və Krasnoarmeyski rayonlarının enerji obyektlərində fövqəladə vəziyyətlər yaradıb. 9 minə yaxın insan işıqsız qalıb.
Fəsadların aradan qaldırılması üçün yerində mütəxəssislər işləyir.
“Elektrik enerjisində müvəqqəti məhdudiyyətlərə görə haqqın yenidən hesablanması məsələsinə baxılıb”, - idarədən aydınlıq gətirilib.
Çoxmənzilli binaların dam örtüyünə və yol infrastrukturuna da ziyan dəyib.



Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər