22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
300 kvadratmetr ərazini əhatə edən yanğın lokallaşdırılıb
Tarix: 12-04-2025 22:06 | Bölmə: Karusel

Moskvanın şərqində ikimərtəbəli binada baş verən yanğın 300 kvadratmetr ərazini əhatə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskvanın şərqində, 5-ci Parkovaya küçəsində çayxana və supermarketin yerləşdiyi ikimərtəbəli binanın damında yanğın baş verib. Sahəsi 100 kv.m olsa da, yanğın sürətlə daha da genişlənib.Nəticədə yanğınsöndürənlər 300 kvadratmetr sahədə yanğını lokallaşdırıblar.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi bildirir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.
İlkin məlumata görə, itki yoxdur.
Daha əvvəl 50 nəfərin təxliyə edildiyi bildirilmişdi.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər