22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
Gürcüstan Hərbi Magistralında bütün nəqliyyat növlərinə məhdudiyyət qoyulub
Tarix: 12-04-2025 10:03 | Bölmə: Karusel

Əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan Hərbi Magistralında bütün nəqliyyat növləri dayandırılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məhdudiyyətlər hava şəraitinin pisləşməsi ilə əlaqədardır.
“Vladiqafqaz və Lars qəsəbəsi arasındakı hissədə bütün növ avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməsi mümkün olmadığı üçün aprelin 11-i Moskva vaxtı ilə saat 23:40-dan etibarən növbəti bildirişə qədər Rusiya Federasiyasından çıxış dayandırılıb”, - deyə, məlumatda bildirilir.
Şimali Osetiya yol hərəkətinin idarə edilməsi mərkəzinin saytında verilən məlumata görə, hazırda 3,2 mindən çox yük maşını Verxniy Lars vasitəsilə səyahət üçün elektron növbəyə yazılıb.
Gürcüstan Hərbi Magistralı Rusiya, Gürcüstan və Ermənistan arasında yeganə quru yoludur, "İnterfaks" xatırladır.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər