22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
Kamçatkada Bezimyannı vulkanı püskürür
Tarix: 12-04-2025 09:31 | Bölmə: Karusel

Kamçatkada Bezımyannı vulkanı püskürməyə başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Mütəxəssislərin fikrincə, yamaclarda bir neçə iri, isti qar uçqunu baş verib. Kül dəniz səviyyəsindən 4 min metr yüksəkliyə çatır və termal şleyf 90 kilometrə qədər uzanır.
"Biz dəniz səviyyəsindən 15 min metr hündürlükdə külün daşınması ilə kulminasiya nöqtəsi olan püskürməni gözləyirik", - mətbuat xidməti qeyd edib.
Vulkanın ərazisində bir gündə 180-dən çox seysmik hadisə baş verib. Regionda aviasiya üçün narıncı xəbərdarlıq kodu qüvvədədir.
Bezymyannı vulkanı Ust-Kamçatski rayonunun Klyuçi kəndindən 40 km aralıda yerləşir. Onun hündürlüyü təxminən 3 km-dir. Sonuncu dəfə 2024-cü ilin iyulunda püskürüb.
Alimlərin proqnozlarına görə, şleyfin yayılması və külün düşməsi Ust-Kamçatski, Bıstrinski və Milkovski rayonlarının məskunlaşdığı ərazilərdə mümkündür.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər