22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
Kimyəvi qoruyucu geyimli şəxs iş adamını güllələyib
Tarix: 11-04-2025 19:52 | Bölmə: Karusel

Tuapse yaxınlığındakı kənddə qətl hadisəsi baş verib.

Kimyəvi qoruyucu geyimdə olan naməlum şəxs 55 yaşlı iş adamı Arsen Nadjaryanı güllələyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücum yerli vaxtla saat 10:20-də baş verib. "112" Telegram kanalı xəbər verir ki, qatil tapançadan bir neçə dəfə atəş açıb, nəticədə Nacaryan yerindəcə ölüb.
Hadisəni törədənin şəxsiyyəti hələlik müəyyən edilməyib.Naməlum şəxs barəsində cinayət işi açılıb. Qətlin motivlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Bəzi məlumatlara görə, qətlə yetirilən şəxsin kriminal aləmlə əlaqəsi olub.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər