22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
Rusiya 2025-ci ildə Xirosimada keçiriləcək yas mərasimində iştirak edə biləcək
Tarix: 11-04-2025 11:40 | Bölmə: Karusel

Yaponiya şəhərinin meri Kazumi Matsui bildirib ki, mayın sonunda Rusiya və Belarusa avqustun 6-da 1945-ci ildə Xirosimaya atom bombası atılması qurbanlarının anım mərasiminin keçirilməsi ilə bağlı bildirişlər göndəriləcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 2022-ci ildən Xirosima Ukraynadakı hərbi münaqişə ilə əlaqədar Rusiya və Belarus səfirlərinə dəvət göndərmir.
"Bu, dəvət şəklində deyil, mərasimlə bağlı bildiriş formasında olacaq. Əgər (Rusiya tərəfi – red.) mərasimdə iştirak etmək qərarına gəlsə, ərizə vermək mümkün olacaq", - Xirosima meriyasında keçirilən mərasimdə beynəlxalq əlaqələrə cavabdeh olan departamentin nümayəndəsi RİA Novosti-yə bildirib.
Nümayəndə həmçinin əlavə edib ki, bu il Yaponiyanın indiyədək dəvət göndərmədiyi, lakin diplomatik əlaqələri olan ölkələrə də bildiriş göndəriləcək.Bu tədbir Yaponiya ilə diplomatik əlaqələri olan, lakin diplomatik nümayəndəliklərlə təmsil olunmayan kiçik ölkələrə də şamil edilir, deyə o izah edib.
Şəhər rəsmisi bildirişdə mərasimin niyə Xirosima şəhərində keçiriləcəyini açıqlayacaq. Əgər bildiriş almış ölkə bu məqsədi qəbul edərsə, o zaman iştirak etməyə razı olar, deyə izah etdi.
“Biz istərdik ki, hər kəs bu qərarı özbaşına qəbul etsin”, - meriyanın sözçüsü bildirib.
Anım mərasiminə ölkələrin dəvət edilməsi formatının dəyişdirilməsi onunla əlaqədardır ki, Xirosima şəhərin atom bombasının 80-ci ildönümündə nüvə silahının qeyri-insani mahiyyətinə diqqəti cəlb etmək istəyir.
Hər il avqustun 6-da Xirosima Sülh Parkında atom bombası qurbanlarının anım mərasimi keçirilir. Keçən ilki mərasimdə 111 ölkədən nümayəndə iştirak edib ki, bu da indiyədək ən böyük rəqəmdir.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər