Şənbə, 26 aprel 2025, 00:16:49  
Son xəbərlər:
Bütün xəbərlər
9 nəfərin qul əməyindən istifadə edən 3 yerli sakin saxlanılıb
Tarix: 11-04-2025 11:30 | Bölmə: Karusel

Kemerovo vilayətində 3 yerli sakin qanunsuz olaraq azadlıqdan məhrum etmə və 9 nəfəri qul əməyindən istifadə etdikləri üçün saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının region üzrə İstintaq Komitəsi məlumat yayıb.
Müstəntiqlərin fikrincə, təqsirləndirilən şəxslər Novokuznetsk şəhərinin Sosnovskaya küçəsindəki qarajda insanları zorla saxlayıb, onları zibilləri çeşidləməyə məcbur ediblər. Əgər işləməkdən imtina etsələr, onları döyürdülər.Qurbanlar arasında daimi yaşayış yeri olmayan 33-49 yaş arası kişi və qadınlar olub.Onlardan ikisi itkin düşmüş hesab edilib.
Bir qadın qaça bilib və başına gələnləri dostlarına danışıb.Əhali polis və Rusiya Milli Qvardiyasının əsgərləri tərəfindən azad edilib.
"İnsanların qanunsuz olaraq azadlıqdan məhrum edilməsində iştirak edən 24-48 yaşlarında olan Novokuznetsk şəhərinin üç sakini müəyyən edilib", - idarənin Telegram-kanalında yayılan məlumatda deyilir.
Qanunsuz azadlıqdan məhrum etmə və qul əməyindən istifadə maddələri ilə cinayət işi açılıb. İstintaq bütün təqsirləndirilən şəxslərin həbsi barədə vəsatətlə məhkəməyə getmək niyyətindədir.



Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər