19:30 / 13-04-2025
Tramvay təqaüdçünü vurub
22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
FOM: Rusların 80%-i Putinə güvənir
Tarix: 11-04-2025 11:26 | Bölmə: Karusel

İctimai Rəy Fondunun (FOM) keçirdiyi sorğunun nəticələri göstərir ki, vətəndaşların 80%-i Rusiya prezidenti Vladimir Putinə güvənir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eyni zamanda, sorğuda iştirak edən rusiyalıların 81%-i onun dövlət başçısı kimi fəaliyyətini müsbət qiymətləndirib.
Hökumətin işini rusların 56%-i yaxşı adlandırıb, baş nazir Mixail Mişustinin işini isə vətəndaşların 60%-i müsbət qiymətləndirib.
Sorğu aprelin 4-6-da 1500 Rusiya vətəndaşı arasında keçirilib.
Ötən həftə Rusiya prezidenti Vladimir Putinin işinin ruslar arasında qiymətləndirilməsi 83%-ə çatıb. Nazirlər Kabinetinin işini rusların 60%-i, Mişustinin işini isə rusların 65%-dən çoxu müsbət qiymətləndirib.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər